Mülayim hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mülayim hava şəraiti davam edəcək

13:20 - 16 / 11 / 2017
Mülayim hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 17-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 17-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
605

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər