Təkrar zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Təkrar zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

11:52 - 16 / 11 / 2017
Təkrar zəlzələ gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

“Ağdamda dünən axşam baş verən zələzlədən sonra yenidən o gücdə zəlzələnin təkrar olunması ehtimalı yoxdur" .

1news.az xəbər verir ki, bunu Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, təkandan sonra afterşoklar davam edir, enerji boşalması gedir: “Sakitlikdir, qorxulu bir şey yoxdur. Xırda təkanlar ola bilər, çünki orada hələ proses gedir. Dünəndən bəri 30-dan çox afterşok olub”.

Qurban Yetirmişli zəlzələ zamanı dağıntıların olmadığını deyib: “O cür zəlzələdə heç bir dağıntı olmamalıdır. Bizim mərkəzin stansiyası episentrə yaxın yerləşir. Əməkdaşlarımız baxıblar, stansiyanın divarında cüzi çat belə əmələ gəlməyib. Normal tikilibsə, heç bir fəsad olmamalıdır. Kimsə keyfiyyətsiz materialdan tikibsə, təbii ki, orada çat da əmələ gələ, cüzi təkandan dağıntı da ola bilər”.

Qurban Yetirmişli bildirib ki, zəlzələ bölgəsinə Bakıdan əlavə dəstə də göndərilib: “Zəlzələdən sonra biz seysmoloji xəritə qurdur, zəlzələ hara qədər hiss olunub, dağıntısı nə qədərdir, biz onu aydınlaşdırırıq”.

Mərkəzin direktoru onu da əlavə edib ki, bu zəlzələnin İran-İraqdakı zəlzələ ilə heç bir əlaqəsi yoxdur: “Ola  da bilməz. Tamam başqa regiondur, ayrı-ayrı dərinlik qırılmaları ilə gedən seysmoloji prosesdir”.

1news.az

Paylaş:
678

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər