Ağdam rayonunda zəlzələ baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam rayonunda zəlzələ baş verib

18:38 - 17 / 11 / 2017
Ağdam rayonunda zəlzələ baş verib

Noyabrın 17-də Ağdam rayonu ərazisində 4,7 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:27-də qeydə alınıb.

Ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər