90 yaşlı ağır xəstədə mədənin tam xaric edilməsi əməliyyatı aparılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

90 yaşlı ağır xəstədə mədənin tam xaric edilməsi əməliyyatı aparılıb - FOTO

09:30 - 17 / 11 / 2017
90 yaşlı ağır xəstədə mədənin tam xaric edilməsi əməliyyatı aparılıb - FOTO

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 90 yaşlı xanımın mədəsində uğurlu əməliyyat icra olunub.

1news.az-a ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, buna qədər xəstə müxtəlif klinikalarda müayinələrdən keçib, lakin xəstənin yaşına, ümumi vəziyyətinin ağırlığına və yüksək  riskli xəstə olmasına görə  radikal əməliyyatın icrasından imtina olunub.

ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayevin sözlərinə görə,  söhbət mədənin kordial hissəsinin qida borusuna və mədəaltı vəziyə sirayət edən və ətraf limfa düyünlərinə yayılan bədxassəli şişidən gedir:

“Düzünü deyim k, mən nə öz təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində görməmişəm ki, 90 yaşlı, ağır vəziyyətdə olan bir qadına total qastroektomiya əməliyyatı aparılsın. Bu xəstədə mədə, qida borusunun qarın hissəsi, böyük piylik, mədəaltı vəzin cisminin bir hissəsi və ətraf limfa düyünləri bir blok daxilində götürülərək, nazik bağırsaqla qida borusu arasında həlqəvi stepler anasomozu (yəni ən müasir tikiş vasitələri ilə) qoyulmuşdur. Düzdür, bu tipli əməliyyatlara cərrahi praktikada təsadüf edilir. Bunu həm bizim və həm də digər klinikaların təcrübəli cərrahları icra edirlər. Lakin 90 yaşlı, yanaşı gedən bir sıra xəstəlikləri olan ağır bir xəstədə bu əməliyyatın müvəffəqiyyətlə nəticələnməsi bizim, universitetimizin TCK-nın böyük uğurudur və fəxarətvericidir”.

Professor  E.Ağayevin sözlərinə görə, adətən ahıl yaşlı və vəzyyəti ağır olan belə xəstələrdə bu tipli, mürəkkəb və ağır radikal əməliyyatların  aparmaqdan çəkinirlər və xəstəyə qidalandırmaq məqsədiqə palliativ (şiş qalmaqla) qastrostomiya (mədəyə əlavə borunun salınması) əməliyyatı icra olunur. Ba da psixoloji cəhətdən xəstə və yaxınları üçün olduqca ağır durumun yaranmasına gətirir. “Biz bu xəstə üçün kafadra əməkdaşlarının iştirakı ilə konsilium keçirdərək əməliyyatın icrasına qərar verdik”.

Həkim bildirib ki, əməliyyat 3 saat davam edib. Əməliyyatdan sonrakı 3-cü sutkadan etibarən xəstə qidalandırılmağa başlanılıb. Xəstə artıq 6-cı sutkada kafi vəziyyətdə ambulator müşahidəyə göndərilib və hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, ümumi cərrahiyyə kafedrası ATU-nun ən böyük kafedaralarından biridir. Bu kafedra əməkdaşlarının kliniki fəaliyyəti  ATU-nun Tədris Cərrahiyyə Klinikasında həyata keçirilir: “Bu klinika Qafqazda analoqu olmayan bir klinikadır. Respublikamızın ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalıarından biridir. Fəxarət duyğusu ilə qeyd etmək istəyirəm ki, son 6-7 ay ərzində təxminən 20-yə yaxın xəstə digər klinikalardan ağırlaşmış vəziyyətdə bizim kafedraya gətirilmiş, tərəfimizdən əməliyyat olunaraq kafi vəziyyətdə evə yazılmışdır.

Professor E.Ağayev bildirir ki, şöbədə xüsusilə qarın və döş boşluğu orqanlarının cərrahi patologiyaları ilə bağlı mürəkkəb əməliyyatlar icra olunur. Əməliyyatların böyük əksəriyyəti ən müasir endoskopik qurğularla həyata keçrilir. Bunlardan qaraciyər-öd yolları, mədə, nazik və yoğun bağırsaqlarda, dalaqda, ginekoloji orqanlarda aparılan təcili və planlı laparoskopik əməliyyatları qeyd edə bilərik.

1news.az

Paylaş:
2318

Son xəbərlər

Moskvada mina tapılıb24 / 03 / 2023, 18:03MN: Qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşür24 / 03 / 2023, 17:40MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilib24 / 03 / 2023, 17:20Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaq24 / 03 / 2023, 16:59Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİB24 / 03 / 2023, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunur24 / 03 / 2023, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıb24 / 03 / 2023, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab verib24 / 03 / 2023, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib24 / 03 / 2023, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTO24 / 03 / 2023, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb24 / 03 / 2023, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıb24 / 03 / 2023, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”24 / 03 / 2023, 13:42Soylunun səhhətində problemlər yaranıb24 / 03 / 2023, 13:35Şəmkirdə zəlzələ qeydə alınıb24 / 03 / 2023, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”24 / 03 / 2023, 12:54Sabahın hava proqnozu açıqlanıb24 / 03 / 2023, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”24 / 03 / 2023, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”24 / 03 / 2023, 12:07İsmayıllıda zəlzələ qeydə alınıb24 / 03 / 2023, 11:51
Bütün xəbərlər

Next TV