Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək

1news Redaksiyası13:15 - Bu gün
Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək

Bakıda təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalının oyunlarını 81 hakim idarə edəcək.

1news.az xəbər verir ki, bu barədə AFFA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, onların 75-i Azərbaycan, 6-sı isə Türkiyə və Gürcüstan təmsilçiləri olacaq.

Azərbaycan millisinin iştirakı ilə keçiriləcək oyunlar əcnəbi hakimlərə taşırılacaq.

Qeyd edək ki, 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan mundial dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək. Oyunları oktyabrın 24-dən 30-dək keçiriləcək.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər