Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib - YENİLƏNİB

22:21 - 17 / 11 / 2017
Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə xilas edilib - YENİLƏNİB

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə torpaq altından çıxarılıb.

APA-nın xəbərinə görə, Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.

Qeyd edək ki, bu axşam Bakının Suraxanı rayonunda, Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə torpaq uçqunu baş verib. Orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

22:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

FHN-dən 1news.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Əvvəlcə əməliyyat şəraiti qiymətləndirilib. Hər an yeni torpaq uçqununun yarana biləcəyi təhlükəsi ilə əlaqədar mürəkkəb şərait nəzərə alınaraq, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
770

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər