Bakı Limanı MDB-də ilk “Yaşıl Liman” statusu almağı hədəfləyən limandır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanı MDB-də ilk “Yaşıl Liman” statusu almağı hədəfləyən limandır

11:19 - 20 / 11 / 2017
Bakı Limanı MDB-də ilk “Yaşıl Liman” statusu almağı hədəfləyən limandır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı MDB məkanında ilk "Yaşıl Liman" statusu almağı hədəfləyən limandır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müasir limanlar təbiətə az zərər verən infrastruktur və son texnologiyalarla qurulan limanlardır. Bakı Limanı da MDB-də ilk olaraq "Yaşıl Liman" statusu almağı hədəfləyib. Bununla əlaqədar Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir.

T.Ziyadovun sözlərinə görə, bu statusu almaq Bakı Limanı üçün təbiətə az zərər vurmaq, enerjidən səmərəli istifadə etmək üçün müasir texnologiya və infrastruktur ilə təmin olunmaq deməkdir.

S.Xankişiyeva

 

 

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər