Bakıda gənc qız gecə klubunda döyüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc qız gecə klubunda döyüldü

11:50 - 20 / 11 / 2017
Bakıda gənc qız gecə klubunda döyüldü

Bakıda gecə klubunda insident yaşanıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 02 radələrində Rəşid Behbudov küçəsində yerləşən “Seyf” klubda baş verib.

Klubda müştərilər arasında yaranan mübahisə zamanı Nahid adlı şəxs 1996-cı il təvəllüdlü Gülarə İsayevanı döyüb, sonra isə bıçaq çıxararaq vuracağı ilə hədələyib. Klubdakı insanlar onları sakitləşdiriblər.

21 yaşlı klubdan ayrılaraq polis bölməsinə gedib və onu döyən şəxsdən şikayət edib. Araşdırma aparılır.

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər