Dövlət Neft Fondunun büdcəsinin layihəsi hazırlanarkən Hesablama Palatasının rəyi nəzərə alınacaq | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Neft Fondunun büdcəsinin layihəsi hazırlanarkən Hesablama Palatasının rəyi nəzərə alınacaq

21:24 - 21 / 11 / 2017
Dövlət Neft Fondunun büdcəsinin layihəsi hazırlanarkən Hesablama Palatasının rəyi nəzərə alınacaq

Dövlət Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra qurumun icraçı direktoru NF büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq NF vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı, NF investisiya siyasəti və NF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetası ilə birlikdə Neft Fondunun Müşahidə Şurası ilə bərabər Hesablama Palatasına da təqdim edəcək.

1news.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

Müşahidə Şurası artıq Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verəcək. Eyni zamanda Müşahidə Şurası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verəcək.

Qeyd edək ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda müvafiq dəyişikliklər edilib. Qanuna dəyişikliklər Hesablama Palatasına dövlət büdcəsinin layihəsinə və büdcənin icrasına dair səlahiyyətlərinin artırılması ilə bağlı olub.

1news.az

Paylaş:
540

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər