Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olmasına dair təqdimat keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olmasına dair təqdimat keçirilib - FOTO

09:47 - 22 / 11 / 2017
Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olmasına dair təqdimat keçirilib - FOTO

 

Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatasının təşkilatçılığı ilə “Cənubi Qafqaz bazarları – MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda biznes forum təşkil olunub.

1news.az xəbər verir ki, biznes forumda ölkələrinin siyasi qərarına təsir etmək imkanı olan İsveçrənin bir çox aparıcı şirkətləri, eləcə də dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyini nəzərə alaraq, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə tədbir iştirakçılarına ətraflı təqdimat edib.

Səfir X.İbrahimova Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolu, xüsusilə son dövrlər əldə etdiyi yüksək nailiyyətlər, hökumətin iqtisadiyyatın bütün sahələrində icrasına başladığı yol xəritələri, eyni zamanda, respublikamızın beynəlxalq səhnədə artan nüfuzu və bu xüsusda ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlər barədə məlumat verib.

Azərbaycanın Ümumdünya EXPO 2025 sərgisinin təşkilinə Bakı şəhərinin namizədliyini irəli sürdüyünü qeyd edən səfir ölkəmizin EXPO 2025 üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın unikal, maraqlı və dövrümüz üçün çox aktual olduğunu qeyd edərək, İsveçrənin də özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini vurğulamış və forumda iştirak edən İsveçrə şirkətlərini Bakının namizədliyinə dəstək verməyə çağırmışdır. O, forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi EXPO sərgilərinin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcəkdir. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir, son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırmışdır. Səfir X.İbrahimova Ümumdünya EXPO 2025 sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin də mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.

Biznes forum çərçivəsində həmçinin, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri şirkətlərin Azərbaycandakı fəaliyyətindən, şirkətlərinin gördüyü işlərdən danışmış, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə öz təqdimatlarında geniş şəkildə yer ayırmış, xarici investorlar üçün ölkəmizdə gözəl mühitin olduğunu qeyd ediblər.

 

 

 

 

 

P.Sultanova

 

 

Paylaş:
963

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər