Berlində Azərbaycanın nəqliyyat potensialına həsr olunmuş biznes forum keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Berlində Azərbaycanın nəqliyyat potensialına həsr olunmuş biznes forum keçirilib

22:27 - 22 / 11 / 2017
Berlində Azərbaycanın nəqliyyat potensialına həsr olunmuş biznes forum keçirilib

Noyabrın 22-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Forumu, Alman İqtisadiyyatının Şərq Komitəsi və “Deutsche Bank”ın dəstəyi ilə Berlin şəhərində Azərbaycanın nəqliyyat, tranzit və loqistika potensialına həsr olunmuş “Trans-Xəzər Şərq-Qərb ticarət və tranzit dəhlizinin imkanları” adlı biznes forum keçirilib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, Forumda Almaniyanın müxtəlif dövlət qurumlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin 100-ə yaxın nümayəndəsi iştirak edib. Almaniyanın “Deutsche Bahn Engineering and Consulting GmbH”, “Airbus”, “Kühne & Nagel”, “Kocks Ardelt Kranbau GmbH”, “Uniper” və digər qabaqcıl şirkətləri toplantıda təmsil olunub.

Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü, “Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils qonaqları salamlayıb. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov və Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Mixael Harms giriş nitqləri söyləyiblər.

Səfir Ramin Həsənov çıxışında ölkəmizin iqtisadiyyatının diversifikasiyasında və qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun əhəmiyyətini vurğulayıb və Azərbaycanın trans-regional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfə barədə söz açıb. Səfir Azərbaycanın həyata keçirdiyi regional layihələr və alman şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib. Ramin Həsənov həmçinin Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını və işğal olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun vəhşicəsinə dağıdıldığını iştirakçıların diqqətinə çatdırıb, işğalın regional əməkdaşlığa və davamlı inkişafa əsas maneə olduğunu vurğulayıb.

Mixael Harms çıxışında cari ildə Azərbaycanda səfərdə olduğunu və təmsil etdiyi Alman İqtisadiyyatının Şərq Komitəsinin gələn il ölkəmizə yüksək səviyyəli nümayəndə heyətinin səfərini həyata keçirəcəyini bildirib. Natiq ölkəmizdə dinamik inkişafın şahidi olduğunu, müxtəlif sahələrdə iqtisadi islahatların aparıldığını və nəticədə Azərbaycanın nəqliyyat və loqistika sahələrində əməkdaşlıq üçün yeni imkanların yarandığını qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinin rəhbəri Elçin Əhmədov “Trans-Xəzər nəqliyyat dəhlizinin perspektivləri”, Dövlət Dəniz Administrasiyasının aparatının rəhbəri Əhməd İsmayılov “Trans-Xəzər dəhlizi vasitəsilə dəniz nəqliyyatı”, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət Şöbəsinin baş inspektoru Fərid Vəliyev “Gömrük və sərhəd keçidinin asanlaşdırılması”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müşaviri Tural Əliyev “Bir Kəmər, Bir Yol təşəbbüsünün reallaşdırılmasında Ələt azad ticarət zonası əsas alət kimi”, “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov “Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəmir yolu şəbəkələri vasitəsilə yeni tranzit imkanları” mövzularında məruzələrlə çıxış ediblər. Natiqlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Forumda Trans-Xəzər nəqliyyat dəhlizi haqqında video-çarx nümayiş olunub. Forum çərçivəsində eyni zamanda Almaniyanın özəl sektorunun nümayəndələri ilə keçirilmiş işçi nahar zamanı “B2B” danışıqları və biznes şəbəkələşməsi müzakirələri baş tutub.

1news.az

Paylaş:
602

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər