XİN Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz fəaliyyətləri haqda infoqram hazırlayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz fəaliyyətləri haqda infoqram hazırlayıb

09:49 - 23 / 11 / 2017
XİN Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz fəaliyyətləri haqda infoqram hazırlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər”  başlıqlı ingilis dilində infoqram hazırlayıb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, infoqram XIN-in rəsmi internet səhifəsi və sosial şəbəkə profillərində yerləşdirilib.

İnfoqramın elektron versiyası  bu keçiddən əldə edilə bilər.

Xatırladaq ki, sözügedən infoqram XİN-in “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı (2016)  və beynəlxalq hüquqşünas Allain Pellet tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə əlaqədar üçüncü tərəflərin öhdəliklərinə dair hüquqi rəy” (2017) əsasında hazırlanıb.

Qeyd olunan materiallar haqqında ətraflı məlumat aşağıdakı keçidlər vasitəsilə mümkündür:

http://www.mfa.gov.az/files/file/MFA_Report_on_the_occupied_territories_March_2016_1.pdf

http://www.mfa.gov.az/files/media/BMT%20deyishikliklerle130717.pdf 

P.Sultanova

Paylaş:
786

Son xəbərlər

Bütün xəbərlər