İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

13:09 - 27 / 11 / 2017
İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.

1news.az xəbər verir ki,  başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

1news.az

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər