Kosta Rikanın xarici işlər və etiqad naziri Azərbaycana səfər edəcək
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.
Bu barədə 1news.az-a XİN-i n mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rikanın Azərbaycanda səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.
P.Sultanova
540