Brüssel Moskvaya münaqişələrin nizamlanması üçün “səlahiyyətlər” verir? – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Brüssel Moskvaya münaqişələrin nizamlanması üçün “səlahiyyətlər” verir? – FOTO

14:47 - 03 / 12 / 2017
Brüssel Moskvaya münaqişələrin nizamlanması üçün “səlahiyyətlər” verir? – FOTO

Noyabrın 24-də V Şərq Tərəfdaşlığı sammiti başa çatdı. Sammit zamanı iştirakçı ölkələrin 2020-ci ilədək 20 aparıcı hədəflərin həyata keçrilməsi təsdiqləndi.  

Hədəflər proqramın altı ölkəsində – Azərbaycan, Gürcüstan, Ermənistana, Ukrayna, Moldova və Belarusda dörd əsas – iqtisadiyyatın möhkəmlənməsi, dövlət idarəçiliyi, vətəndaş cəmiyyəti və mobillik istiqamətində birləşib. Lakin sammit altı iştirakçı ölkədən beşində – uzanan ərazi münaqişələri ilə bağlı problemdən yan keçdi.

Sammitin yekun bəyannamsənindəki 21 bənddən biri münaqişələrin nizamlanmasına həsr olunub.

Regionun bir sıra ölkələrində beynəlxalq hüququn əsas prinsiplərinin pozulmasından narahatlıq ifadə edilərək bəyannamədə uzanan münaqişələrin sülh yolu ilə beynəlxalq norma və psinsiplər əsasında həllinə çağırılıb.

Həmçinin sənəddə qeyd olunur ki, münaqişələr etmad və mehriban qonşuluq münasibətləri əsasında iqtisadi və sosial inkişaf, eləcə də əməkdaşlıq çərçivəsində həll olunmalıdır. Buna görə də iştirakçı ölkələr Avropa İttifaqının münaqişələrin etibar və mövcud vasitəsi formatda həllini alqışlayırlar.

Lakin ədalət naminə qeyd etmək olar ki, Aİ-nin tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməsinə sadiqliyi ayrıca bənddə ifadə olunur. Bu da Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistan üçün müəyyən dərəcədə zərbədir.

Bu nəticəni uğur adlandırmaq olarmı? Və nə üçün Avropa İttifaqı ən əhəmiyyətli problemdən uzaqlaşan region ölkələriylə maksimal dərəcədə yaxınlaşmağa çalışır?  

Fotoda: Panel müzakirələri zamanı Azərbaycan Prezidenti və digər liderlər.

Əgər Brüssel ATƏT-in Misk qrupunun sülhə nail olması üçün “qeyri-məhdud sayda səlahiyyətlər” verərsə Azərbaycan və Ermənistan üçün cəlbedici qüvvə olaq Aİ-nin nə kimi perspektivləri var?

Bütün bu suallara azərbaycanlı, avropalı və rus politoloqlar cavab veriblər.

Bakıda “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsinin təsdiqi təəccübləndirici olmadı. Belə ki, bəyannamədə əvvəlki sənədlərdə olduğu kimi, təhlükəsizlik məsələləri və münaqişələrin nizamlanmasına yanaşma eynilik təşkil edirdi:  

“Bu baxımdan Avropa İttifaqı davamlıdır. Belə ki, o əvvəlki kimi, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmamasını istər Aİ-yə üzv ölkələrin, istərsə də tərəfdaş-ölkələrin əsas təhlükəsizlik konsepsiyası olaraq tanıyır”.  

Politoloqun sözlərinə görə, Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyi yoxdur. Bu da Ermənistana Aİ-nin qurumlarında işğalçılıq siyasətini yürütməyə imkan verir:

“Bundan əlavə, Avropa İttifaqı əvvəlki kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “mübahisəli ərazi” termini istifadə edir. Lakin Ukrayna və Gürcüstanla bağlı bu cür terminologiya qeyd olunmur”.

Həmçinin politoloq hesab edir ki, Aİ Dağlıq Qarabağ münaqişəsi məsələsində prioritetlərini təyin etməyib. Eləcə də Aİ-nin nizamlanma ilə bağlı təşəbbüsü ümumi danışıqlar prosesinə inteqrə olunmayıb.

Fotoda: Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin liderləri panel müzakirəsindən sonra

“Rusiya Dağlıq Qarabağ münaqişəsilə bağlı konkret mexanizm və real diplomatiyadan istifadə edir. Bu da daha dəqiq nəticələr verir” – İ.Vəlizadə qeyd edib.

Britaniyalı analitik Dennis Sammut Avropa İttifaqının həll olunmamış münaqişələr məsələsində ardıcıl mövqeyi sammitin yekun bəyannaməsində “aydın və birmənalı” şəkildə əks olunduğunu vurğulayıb:  

“Aİ hər zaman Sovetlər Birliyi süquta yetirildikdən sonra Şərq Tərəfdaşlığına üzv ölkələrin müstəqillik, süverenıik və ərazi bütövlüyünü dəstəkləyib. Heç vaxt ölkələr arasında fərq qoymayıb. Belə ki, bu prinsiplər beynəlxalq hüquq və beynəlxalq razılaşmaları özündə ehtiva edir”, - Londonda LİNKS analitik institutunun rəhbəri Sammut bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

Dennis Sammut Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı praktiki addımlar təklif edir

O, hesab edir ki, Brüsselin Dağlıq Qarabağ probleminin nəzərə almadığını söyləmək düzgün olmaz. Həmçinin Sammut Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin də səylərini vurğulayıb:

 “Elə bir mərhələdəyik ki, Qarabağ üzrə sülh prosesi hələ ən yüksək həddinə çatmayıb. Bu, baş verdikdən sonra Aİ daha çox işlər görmək imkanı əldə edəcək”.

ATƏT-in Minsk qrupu formatında Rusiyanın təsiri məsələsinə gəlincə, britaniyalı analitik hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı irəli sürdüyü təşəbbüs Aİ-yə dəstək verməlidir.

Sammit ərəfəsində Aİ-dəki rəsmi mənbə qeyd edib: Şərq Tərəfdaşlığına üzv altı ölkədən beşi həll olunmamış münaqişələrdən əziyyət çəkir. Belə ki, bu məsələ Aİ prioritetlərində əsas mövzulardandır.

Mənbənin sözlərinə görə, bununla yanaşı, Şərq Tərəfdaşlığı formatı, eləcə də dövlət başçılarının sammiti münaqişələrin həlli üçün mexanizm deyil.

Rusiyanın problemə baxışı ümumilikdə Avropanın münaqişələrin həlli məsələsində potensialını inkar edir.

“Bir qayda olaraq Aİ 10-15 il əvvəl qəbul edilmiş ümumi tezislərlə çıxış edir. Avropa tərəfindən yeni heç nə qeyd olunmur”, - bunu 1news.az-a müsahibəsində rusiyalı polotoloq Yevgeniy Mixaylov qeyd edib.

O, qeyd edib ki, hazırda Avropa İttifaqının separatizm və Avropa sərhədləri ilə bağlı problemləri çoxdur. Eləcə də Aİ formatının islahata ehtiyacı var. Buna görə də Aİ-dən kənar münaqişələrin həlli prioritet məsələ hesab edilmir.

Həmçinin beynəlxalq münaqişələr üzrə mütəxxəsis Y.Mixaylov Avropa liderlərinin siyasi güclərinə şübhə edir. Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkel digər siyasətçilərə bir sıra mövqelərdə uduzur.

Fotoda: Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker (sağda), Avropa Şurasının rəhbəri Donald Tusk (mərkəzdə) və Estoniyanın baş naziri Jüri Ratas (solda)

V Şərq Tərəfdaşlığı sammitinin Azərbaycana heç bir irəliləyiş gətirməməsinə baxmayaraq, tərəflər son illər yaxınlaşma ilə bağlı əldə edilmiş nailiyyətlərdən məmnundur.

Əsas nailiyyət 2014-cü ildə Viza rejiminin sadələşdirilməsi və Readmissiya ilə bağlı razılaşma oldu. Bu da şengen vizasının alınması prosedurunu daha asanlaşdırdı. Bir sıra vətəndaşlar, eləcə də tələbələr üçün vizalar ödənişsiz oldu.

Bakı ilə Brüssel arasında tərəfdaşlıq və əməkdaşlıqla bağlı yeni çərçivə razılaşması sona çatmaq üzrədir. Həmçinin günün mövzusunda vahid hava məkanı ilə bağlı razılaşma da dayanır. Bu razılaşma aviasiya sektorunda rəqabətlililiyi artıraraq Azərbaycanda müxtəlif beynəlxalq aviasiyaların çalışmasına imkan verəcək.  

Aİ-nin rəsmi şəxsləri dəfələrlə Azərbaycanın Avropa İttifaqı üçün vacib energetik tərəfdaş olduğunu vurğulayıblar. Ölkə Aİ-nin qaz tədarükünün 5%-ni təşkil edir. Həmçinin Aİ Azərbaycan neftinin ən böyük istehlakçısıdır. Eləcə də Aİ Azərbaycanın ticarət tərəfdaşı olaraq eksport və import sahəsində (ölkə ticarətinin 48,6%) ilk sıraları tutur. Bununla yanaşı, Aİ istər neft, istərsə də ölkə iqtisadiyyatının digər sahələri üçün ən böyük sərmayədardır.

Azərbaycan Twinning platforması vasitəsilə Aİ ilə fəal surətdə əməkdaşlıq edir. Son 10 il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu Twinning platformasının 46 layihəsində iştirak edib. Aİ-nin 12 milyon avro dəyərində sərmayəsi hesabına 14 min Azərbaycan şirkəti 222 milyon avro dəyərində kredit almaq imkanı əldə edib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
983

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər