Ermənistan ilk dəfə olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etdiyini təsdiqlədi
Görünür, xoşagəlməz hadisələrlə qarşılaşmaq cəhdi erməni prezidentinin qanındadır. Ötən həftənin sonunda Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə beynəlxalq hüququn normalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.
Hərbi forma, hərbi iclas, “genişmiqyaslı təlimlər” – bütün bunlar Sarkisyanın Dağlıq Qarabağ üzərində “müharibə yellərini” əsdirməsirməsinə can atmasını göstərir.
Təlimlərə erməni ordusunun separatçı qüvvələrinin də cəlb olunması bunu bir daha sübut edir.
Sarkisyana “birləşmiş hərbçilər qrupu”nun nə üçün lazımdır?
Bütün bunlar haqqında suallarımıza cavabı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovla müsahibə zamanı əldə etdik:
- Fərhad müəllim, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş son təlimlərdə erməni silahlı qüvvələrinin iştirak etməsilə bağlı nə deyə bilərsiniz? Sizcə bu, məhz Ermənistanın tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı İrəvanın açıq etirafı deyilmi?
- Ermənistan ordusu dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçiblər. Təəəsüflər olsun ki, ATƏT-in Minsk qrupu timsalında beynəlxalq ictimaiyyət işğalçı-dövlətin təxribatçı əməllərinə nəzər yetirmir.
Lakin Ermənistan ilk dəfə olaraq hərbi birləşmələri Ermənistan və tanınmamış dövlətin “birləşmiş hərbçilər qrupu” adlandıraraq təlimlərdə iştirak faktını təsdiqlədi.
Beləliklə, Ermənistan ilk dəfə olaraq məhz onların hərbi qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edib və hələ də işğal altında saxlamasını təsdiqlədi. Azərbaycanın işğal olunmuş ərazilərdinə ən irimiqyaslı təlimlər 2015-ci ildə keçirilib. Burada Ermənistanın 43 000 zabit və əsgəri iştirak edib. Bu da Ermənistan əhalisinin 90%-ni təşkil edir. Son təlimlər bütün ermənilərin iştirakını göstərdi. Beləliklə, Ermənistan bu faktı təsdiqləyərək özü-özünü ifşa etdi.
- Sizcə, bu, yaxın günlərdə KTMT sammitində erməni tərəfinin özü üçün mənfəət olaraq qiymətləndirdiyi “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərini dəstəkləməsi haqında” siyasi bəyanatla ələqədardırmı?
- İrəvanın rəsmi təbliğatı bu bəyanatı Ermənistanın diplomatik uğuru kimi təqdim etdi. Bu, Şərq Tərəfdaşlığı sammitindəki, eləcə də Qara dəniz İqtisadi Əməkdaşlıq ölkələrinin Parlament Assambleyasının ərazi bütövlüyü prinsipi ilə bağlı yekun bəyannamədən sonra səsləndirildi. KTMT-nin bəyanatında yeni heç nə yoxdur: burada Helsinki Yekun Aktının üç prinsipi və ATƏT-in Minsk qrupunun fəaliyyəti qeyd olunub.
Bu konteksdə KTMT-yə üzv ölkələrin 2016-cı ilin aprel döyüşləri zamanı reaksiyasını xatırladım. O zaman Belorus və Qazaxıstan birmənalı olaraq ərazi bütövlüyü prinsipini dəstəklədi. Bu, Ermənistanda hiddətə səbəb oldu, hətta Ermənistan XİN Belorusa etiraz notası da göndərdi.
Ermənistan öz fəaliyyətilə KTMT-yə üzv ölkələri Azərbaycana qarşı etmək istəyir, lakin bu, alınmayacaq. Ermənistan istisna olmaqla, KTMT-yə üzv bütün ölkələrlə Azərbaycan qarşılıqlı əməkdaşlıq edir. Digər tərəfdən də KTMT-nin Ermənistan-Azərbaycan müqaşəsinə cəlb edilməsində heç bir beynəlxalq-hüquqi baza yoxdur. Ermənilərin bu istiqamətdə bütün təxribatlarının qarşısı alınacaq.
Maksimum ermənilər özlərini KTMT-nin sabiq baş katibi Bardüjanın vəzifəni tərk etməsindən bir gün öncə söylədiyi, təşkilatın saytından silindiyi, saytın isə 1 aylığına bağlandığı bəyanatla sakitləşdirə bilərlər.
- Bəs Sarkisyana bu cür açıq-aşkar təxribata əl atması nəyə lazım idi?
- Birincisi, gələn ilin aprelində Ermənistanın baş naziri postuna təyinat məsləsi həll olunacaq. Sarkisyan bu vəzifəyə namizədliyini irəli sürür. Belə ki, 2018-ci ilin aprelindən sonra məhz baş nazir xarici siyasəti təyin edərək danışıqlar prosesində iştirak edəcək.
İkincisi isə, Rusiya ilə birləşmiş hərbi qüvvələr yaradıldıqdan sonra Sarkisyan işğal olunmuş ərazilərdə təlimlər keçərək bu hərbi qüvvələri Ermənistan və tanınmamış dövlərin “birləşmiş hərbi qüvvələri” adlandırır.
Bununla da o, hər iki birləşmənin eyni olmasını göstərir. Lakin aydındır ki, işğalçı hərbçilər Ermənistan ordusuna məxsusdur və hansı qruplaşmaya aid olmasından asılı olmayaraq, təmas xəttində istənilən gərginlik zamanı məhv ediləcək. Bu, 2016cı ilin aprelində də baş vermişdi.
- Fikrinizcə bu, erməni rəhbərliyinin “ikinci 2016-cı ilin aprel döyüşlərinə” can atması deyilmi?
- Azərbaycan Prezidenti dəfələrə vurğulayıb ki, Ermənistanın dinc Azərbaycan sakinlərinə qarşı istənilən təxribatı onlar üçün məhvedici nəticələr verəcək.
2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını almağa cəmi bir neşə saat lazımdır. Məhz həmin hadisələr zamanı Ermənistan hərbi fəaliyyətin dayandırılmasını istədi. Belə ki, erməni ordusu “məğlubedilməzlik” əfsanələrinə çox inanmışdı. Məhz həmin hadisələrdən sonra onlarla general erməni ordusundan qovulub.
Danışıqlar prosesi özünəməxsus dinamikaya malikdir. Lakin bu, Azərbaycan Ordusunun dinc sakinləri müdafiə etməyə və işğalçıların təxribatı zamanı onlara cavab verməyə maneçilik törətmir.
Tərcümə: S.Xankişiyeva