Gənclər Liqası: “Qarabağ” “Roma”ya məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

Gənclər Liqası: “Qarabağ” “Roma”ya məğlub oldu

20:28 - 05 / 12 / 2017
Gənclər Liqası: “Qarabağ” “Roma”ya məğlub oldu

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində sonuncu – 6-cı turun oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası səfərdə “Roma”nın qonağı olub. Görüş İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu oyun qrupdan çıxmaq şansını itirən hər iki komanda üçün formal xarakter daşıyıb.

Gənclər Liqası

Çempionlar yolu, qrup mərhələsi

C qrupu, VI tur

5 dekabr

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 3:0

Qollar: Zakaria Sdaiqui, 19, Visente Besujen, 35, Ludoviko Dorazio, 81

1news.az

Paylaş:
1015

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər