İntihar edən şagirdin məktubu - Mətn | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar edən şagirdin məktubu - Mətn

09:42 - 05 / 12 / 2017
İntihar edən şagirdin məktubu - Mətn

Xəbər verildiyi kimi dünən Ağdaş rayonunda 12 yaşlı məktəbli özünü asaraq intihar edib.

1news.az xəbər verir ki, sosial şəbəkələrdə məktblinin intihardan əvvəl yazdığı məktub yayılıb və geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.

Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktubda bunları qeyd edib:

“Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

1news.az  

Paylaş:
2888

Son xəbərlər

Bütün xəbərlər