Saakaşvili binanın damına çıxdı: İntihar edəcəyini deyir - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili binanın damına çıxdı: İntihar edəcəyini deyir - VİDEO

11:33 - 05 / 12 / 2017
Saakaşvili binanın damına çıxdı: İntihar edəcəyini deyir - VİDEO

Ukrayna Baş prokurorunun sabiq müavini David Sakvarelidze Facebook səhifəsində yazıb ki, naməlum şəxslər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin evinə basqın edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə,Sakvarelidze “Mixail Saakaşvilinin evinin qapılarının sındırırlar! Koseltneya 7 küçəsi, 32. Yığışın!”, - deyə səhifəsində yazıb.

O, həmçinin “UkrayinskayaPrvada”ya bildirib ki, Saakaşvili hazırda binanın damındadır. Onun evində axtarış işləri aparılır.

Saakaşvilinin mətbuat katibi Maryana Poçtar isə bəyan edib ki, sabiq prezident telefon zənglərinə cavab vermir.

Son məlumatlara görə, Saakaşvilinin Kiyevdəki evinə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları daxil olub. Eks-prezident binanın damına çıxaraq intihar edəcəyini bəyan edib.

S.Xankişiyeva

 

Paylaş:
890

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər