Kamran Ağayev Çexiya klubundan göndərildi | 1news.az | Xəbərlər
Futbol

Kamran Ağayev Çexiya klubundan göndərildi

18:34 - 06 / 12 / 2017
Kamran Ağayev Çexiya klubundan göndərildi

Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

1news.az-ın məlumatına görə, bu barədə Çexiya mətbuatı xəbər yayıb.

Bildirilir ki, 35 yaşlı qolkiper baş məşqçinin istəyi ilə komandadan göndərilib. İstənilən oyunu sərgiləməyən Ağayevin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Kamran bu ilin iyul ayından “Mlada Boleslav”da çıxış edirdi. O, Boleslav təmsilçisinin heyətində 7 oyun keçirib və 1 qırmızı vərəqə alıb.

1news.az

Paylaş:
855

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər