Dado Natavanla boşanması barədə : "... olanlara görə məni bağışla"
Reper Dado Əliyev müğənni Natavan Həbibi ilə boşanması barədə xəbərlərə münasibət bildirib.
1news.az xəbər verir ki, reper bu barədə instaqramda yazıb.
“Heç bilmirəm nədən başlayım. Ailəmizin dağılmağından, ya ağlına gələn xəbəri yazanlardan.. Siz özünüzü necə tanıyırsız bilmirəm, amma mən o kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum.
“Adam kişi olar. Bu söhbəti çıxaranlardan ayrı danışacağıq. Belə absurd xəbərin haradan çıxardığınızı mənə təqdim edəcəksiz. Şər və böhtan ortadadır. Kimsə özünü bu rolda görə bilər, belə addımlara normal baxır.
Deyərsiz ki, şou-biznes adamlarıdır və .s Xeyr! Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Özünüzə gəlin, bu nə biabırçılıqdır. İnsanlığınızı itirməyin, bu günün sabahı da var. Natavan, olanlara görə məni bağışla! Sən mənim ailəmsən və ailəmizin dağılmasına imkan verməyəcəm. Səni sevirəm”.
Qeyd edək ki, müğənni Natavan Həbibi bir neçə gün bundan əvvəl instaqramda S. Əliyevlə boşanacağını elan edib.
1news.az