Cümə günü hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Cümə günü hava necə olacaq?

13:11 - 07 / 12 / 2017
Cümə günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 8-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı,  gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
1242

Son xəbərlər

Bütün xəbərlər