Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb

09:30 - 07 / 12 / 2017
Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BNA-dan bildirilib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.

1news.az

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər