Entoni Qrin: “Oksford Universiteti professor Nərgiz Paşayeva ilə əməkdaşlığı davam etdirəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Entoni Qrin: “Oksford Universiteti professor Nərgiz Paşayeva ilə əməkdaşlığı davam etdirəcək”

11:14 - 07 / 12 / 2017
Entoni Qrin: “Oksford Universiteti professor Nərgiz Paşayeva ilə əməkdaşlığı davam etdirəcək”

Böyük Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva dekabrın 5-də Oksford Universitetinin Akademik Proqramlar üzrə İnkişaf Departamentinin direktoru Entoni Qrin və Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq ilə görüşüb.

1news.az  xəbər verir ki, görüşdə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin 2017-ci ildəki elmi-tədris fəaliyyəti müzakirə edilib. Başlıca olaraq 2018-ci ildən etibarən Mərkəzin Universitetdə daimi fəaliyyətinə dair həyata keçiriləcək rəsmi, protokol mərhələləri və elmi-tədris planları haqda geniş fikir mübadiləsi aparılıb. İlk növbədə, Universitetin rəsmi nümayəndəsi Entoni Qrin bu illər ərzində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulmuş əməkdaşlıqdan məmnunluq hissini ifadə edib və Universitetin rəhbərliyi adından akademik Nərgiz Paşayevaya minnətdarlığını çatdırıb. O qeyd edib ki, dünyanın ən qədim və ən nüfuzlu elm ocaqlarından sayılan Oksford Universiteti dəyişməz qayda olaraq əməkdaşlıq etdiyi tərəf müqabilini həmişə böyük diqqətlə seçir və əsl akademik tutumu, davamlı elmi-pedaqoji təcrübəsi olmayan və alimlərin təmsil edilmədiyi təklif və layihələrdə iştirak etmir. Entoni Qrin Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyi beş il ərzində artıq özünün akademik simasını doğrultduğunu və bu Universitetin bundan sonra daimi bir hissəsinə çevrilməsini əhəmiyyətli tarixi bir an kimi qiymətləndirib. Universitetin rəsmi nümayəndəsi qeyd edib ki, bu tarixdən başlayaraq Oksford Universiteti akademik Nərgiz Paşayevanın rəhbərliyi altında Nizami Gəncəvi Mərkəzinin Oksford Universitetində daimi fəaliyyətinin təmin edilməsi üçün bütün səyləri göstərməyə hazırdır.

Bu daimiliyin gerçəkləşdirilməsi üçün Mərkəzin yaradılmasının ilk günlərindən böyük əmək sərf edən Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, həmin universitetin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən hazırkı rəhbəri və Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiq akademik Nərgiz Paşayevanın təklifi nəticəsində Azərbaycan elmi və ümumiyyətlə, Azərbaycan tarixi üçün böyük və qürurverici bir yenilik haqqında da məlumat verib. O deyib ki, Nizami Gəncəvinin adının, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi ilə bağlı təklifin rəsmi razılığı alınıb. Qeyd edək ki, bu təklif akademik Nərgiz Paşayeva tərəfindən Universitet rəhbərliyinə verilmişdir.

Öz növbəsində, akademik Nərgiz Paşayeva ona və onun timsalında bütün Azərbaycan elmi cəmiyyətinə və tarixinə göstərilən bu böyük etibara və hörmətə görə professor Edmund Hertsiqə və Entoni Qrinə böyük təşəkkürünü bildirib. Professor Nərgiz Paşayeva qeyd edib ki, Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin daimiliyi, ümumiyyətlə, ölkəmiz üçün inkaredilməz uğurdur. Mərkəzin sadəcə beş, on, iyirmi, əlli il deyil, əsrlər boyu Oksford Universitetinin tərkibində qalıb fəaliyyət göstərməsi gələcəkdə bütün Azərbaycan alimləri və tələbə nəsilləri üçün dünyanın bir nömrəli universitetini əlçatan edir. Nizaminin adının Azərbaycanın adı ilə dünya elmi çevrəsinin ən yüksək pilləsində - Oksford Universitetində bərabər, daimi qalması isə ölkəmiz və xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildə yaradılıb və bu günədək Qərbdə Azərbaycan elmini dünyada təmsil edən ali elm ocağında yeganə rəsmən qəbul edilmiş funksional akademik Mərkəzdir.

1news.az   

 

Paylaş:
817

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər