Baş məşqçi mətbuat konfransına “Zorro” geyimində çıxdı
“Şaxtyor”un baş məşqçisi Paulo Fonseka maraqlı addım atıb.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turunda “Mançester Siti” ilə oyundan sonra fərqli geyimi ilə gündəmə gəlib.
“Şəhərlilər”i 2:1 hesabı ilə üstələyən komandanın çalışdırıcısı mətbuat konfransına məşhur film qəhrəmanı “Zorro”nun geyimində qatılıb. Məsələ burasındadı ki, Fonseka bir müddət öncə donetsklilər ÇL-də növbəti mərhələyə adlayacağı halda, media nümayəndələrinin önünə “Zorro” tərzində çıxacağına dair söz verib. Komandası bu nəticəyə nail olduğundan, 44 yaşlı çalışdırıcı sözünün üstündə dayanıb.
Qeyd edək ki, F qrupunda birinci yeri aktivində 15 xal olan “Mançester Siti”, ikinci yeri isə 12 xala malik “Şaxtyor” tutub.
1news.az