Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək

14:49 - 08 / 12 / 2017
Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək.

1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanda keçirilən mətbuat konfransıdna deyib.

Nazir deyib: “Hər bir münaqişədə hazırda prioritetin nələr olduğunu başa düşmək lazımdır. Eyni zamanda ümumi yanaşmaları müəyyən etmək gərəkdir. Bunların arasında ilk növbədə münaqişə tərəfləri arasında birbaşa dialoq yer alır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mövcuddur. Amma təəssüf ki, bu hələlik ciddi irəliləyiş göstərmir. Amma bu il dialoqun prezidentlər və XİN rəhbərləri səviyyəsində baş tutması fikrimizcə müsbət haldır”.

S.Lavrov qeyd edib ki, Rusiya ATƏT Minsk qrupunun həmsədrləri ilə kollektiv işini davama etdirəcək: “Kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir. Bu sadə iş deyil, amma biz bununla məşğul olmağı davam etdiririk”.

1news.az

 

Paylaş:
638

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər