Əfqanıstanda məsciddə partlayış törədilib | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda məsciddə partlayış törədilib

14:56 - 08 / 12 / 2017
Əfqanıstanda məsciddə partlayış törədilib

Əfqanıstanın şərqində Nanqarxar vilayətində partlayış baş verib.

1news.az xəbər verir ki, partlayış məsciddə törədilib.

Son məlumata görə, partlayış nəticəsində 1 nəfər  ölüb,  daha 8 nəfər  yaralanıb. Partlayış cümə namazı zamanı baş verib. Vilayətin qubernatoru Ataulla Xoqiyani xəbəri təsdiqləyib.

Məlumata görə, məscidin imamı da xəsarət alanlar arasındadır. Partlayışla bağlı hələ heç kəs məsuliyyəti üzərinə götürməyib.

1news.az

Paylaş:
658

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər