Şaxta baba olmaq istəyənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şaxta baba olmaq istəyənlərin sayı açıqlandı

18:47 - 08 / 12 / 2017
Şaxta baba olmaq istəyənlərin sayı açıqlandı

Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.

1news.az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.

Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.

1news.az

Paylaş:
1260

Son xəbərlər

Bütün xəbərlər