Masallı sakini qeyri-adi avtomobil düzəldib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı sakini qeyri-adi avtomobil düzəldib

19:59 - 08 / 12 / 2017
Masallı sakini qeyri-adi avtomobil düzəldib

Masallı rayonunun Türkoba kənd sakini, çilingər-usta Oktay Rzayev idman üslubunda qeyri-adi avtomobil düzəldib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, o, avtomobilin hazırlanmasına 18 ay vaxt sərf edib. Ən qürurverici məqam isə avtomobilin üzərində Azərbaycan bayrağının təsvir olunmasıdır.

Oktay usta avtomobili xarici ölkələrin istehsalı olan nəqliyyat vasitələrinin hissələrindən yığıb.

Ötən əsrin 90-cı illərindən bəri avtomobil düzəltməklə məşğul olan Oktay Rzayev deyib: “Bu avtomobilin dəmir hissələri “Mercedes”dən götürülüb.

Avtomobilin qapıları da adi formada deyil. Yuxarı-aşağı hərəkət etdirməklə avtomatik açılıb-bağlanır. Yanacaq sərfiyyatı isə 100 kilometrə 9 litr nəzərdə tutulub. Matoru “VAZ 2109”undur. İdman üslubunda yığılan maşının sürəti saatda 220-240 kilometrə çatır”.

Qeyd edək ki, Oktay Rzayev hazırda daha bir avtomobil də düzəldir. İdman üslubuna üstünlük verən usta yeni nəqliyyat vasitəsinin yalnız dəmir işlərini tamamlayıb.

1news.az

Paylaş:
925

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər