Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-145, Kiçik Qafqazın çaylarında 45-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, dekabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45,5 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, dekabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 7 sm artıb, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 m (2016-cı il dekabrın 08-də 450 sm), Şirvanda 241 sm, Salyanda 192 sm (2016-cı il dekabrın 08-də 317 sm), Bankədə 191 sm (2016-cı il dekabrın 08-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il dekabrın 08-də 167 sm) təşkil edir.
1news.az