Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatını qazandı
Fransanın “France Football” jurnalı 2017-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.
1news.az-ın məlumatına görə, Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı alıb.
Portuqaliyalı hücumçu mübarizədə Lionel Messi (“Barselona”) və Neymarı (PSJ) qabaqlayıb. Ümumilikdə isə mükafata 30 futbolçu iddia edib.
Bu, Ronaldonun karyerası ərzində qazandığı beşinci “Qızıl top”dur. O, “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FİFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi.
Portuqaliyalı ulduz 1956-cı ildən təqdim edilən “Qızıl top”ların sayına görə Messiyə çatıb. Onlardan sonra bu mükafatı ən çox 3 dəfə Mişel Platini, Yohan Kroyf və Marko Van Basten qazanıb.
1news.az