“Qarabağ” “Səbail”ə qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Səbail”ə qalib gəldi - VİDEO

22:34 - 08 / 12 / 2017
“Qarabağ” “Səbail”ə qalib gəldi - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub.

1news.az-ın məlumatına görə, IV turdan təxirə salınmış oyunda “Səbail” öz meydanında “Qarabağ”ı qəbul edib və 0:2 hesabı ilə uduzub.

Ağdam təmsilçisi bu qələbə sayəsində Premyer Liqada qış fasiləsinə 6 xallıq fərqlə yollanıb. 

Qeyd edək ki, ölkə çempionatında XV turun oyunları 10-11 fevral tarixlərində keçiriləcək. 

Azərbaycan Premyer Liqası

IV turdan təxirə salınan oyun

8 dekabr (cümə)

“Səbail” – “Qarabağ” - 0:2

Qollar: Pedro Enrike, 57; Dani Kintana, 69 (p.)

1news.az

Paylaş:
947

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər