Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib

18:29 - 09 / 12 / 2017
Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib

Qaradağda köməksiz qalan 4 nəfər xilas edilib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə,  FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısının açılmasını təmin ediblər. Mənzildə halsız vəziyyətdə aşkarlanmış 1 nəfər və gərgin psixoloji vəziyyətdə olan 3 nəfər azyaşlı aidiyyəti üzrə təhvil verilib.

S.Xankişiyeva

 

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər