Gəncədə evləri qarət edən şəxs yaxalanıb
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Miyani tutulub.
1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may-noyabr ayları ərzində rayon ərazisində 8 evdən, 5 avtomobildən və 1 mağazadan pul, velosiped, akkumulyator, səsgücləndiricilər, su mühərriki, təmir-tikinti alətləri, elektrik naqili, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Miyani tutulub.
S.Xankişiyeva
644