Bakıda tikilməkdə olan bina uçub – FOTO
Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
Beton günorta saatlarında tökülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
S.Xankişiyeva
1017