Formula-1: Azərbaycan ötən mövsümə nisbətdə ən çox tamaşaçı artımı göstərən ölkədir | 1news.az | Xəbərlər
FORMULA 1

Formula-1: Azərbaycan ötən mövsümə nisbətdə ən çox tamaşaçı artımı göstərən ölkədir

13:56 - 10 / 12 / 2017
Formula-1: Azərbaycan ötən mövsümə nisbətdə ən çox tamaşaçı artımı göstərən ölkədir

2017-ci ildə "Formula-1" Qran-prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb.

60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb.

Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya Qran-prisində qeydə alınıb — 344 500 nəfər.

Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən Qran-pridə qeydə alınıb. Burada tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub.

Qran-prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.

S.Xankişiyeva

 

Paylaş:
1369

Son xəbərlər

Bütün xəbərlər