“Real” PSJ-yə, “Çelsi” “Barselona”ya, “Beşiktaş” isə “Bavariya”ya qarşı | 1news.az | Xəbərlər
Futbol

“Real” PSJ-yə, “Çelsi” “Barselona”ya, “Beşiktaş” isə “Bavariya”ya qarşı

16:14 - 11 / 12 / 2017
“Real” PSJ-yə, “Çelsi” “Barselona”ya, “Beşiktaş” isə “Bavariya”ya qarşı

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda rəqiblərini tanıyıb.

Püşkatmanın nəticəsinə görə, “Yuventus” “Tottenhem”ə, “Real” PSJ-yə, “Çelsi” “Barselona”ya rəqib olub.

Qrupunda qalib olan Türkiyə təmsilçisi “Beşiktaş” da güclü rəqiblə üz-üzə gələcək. Belə ki, püşkatma ona Almaniyanın ən titullu komandası olan “Bavariya”nı seçib.

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

1news.az

Paylaş:
1427

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər