Komitə sədri Ağcabədi, Zərdab və Ucardan olan sakinlərlə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri Ağcabədi, Zərdab və Ucardan olan sakinlərlə görüşəcək

20:16 - 11 / 12 / 2017
Komitə sədri Ağcabədi, Zərdab və Ucardan olan sakinlərlə görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dekabrın 15-də Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.

Komitədən 1news.az-a verilən məlumata görə, saat 11:00-da Bayraq Muzeyində keçiriləcək qəbulda Ağcabədi şəhəri ilə yanaşı Zərdab və Ucar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qeyd edək ki, qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Komitənin 14 saylı ərazi şöbəsi: (02124) 6-35-31; (02127) 5-14-50

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: (02127) 5-29-38

Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Komitənin 14 saylı ərazi şöbəsi: Salyan r. T.Davudzadə küç.,101

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: Ağcabədi şəhəri, Faiq Əlizadə küçəsi 7.

1news.az

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər