Bakıda məcburi eniş edən təyyarə uçuşa hazırdır – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məcburi eniş edən təyyarə uçuşa hazırdır – YENİLƏNİB

09:35 - 12 / 12 / 2017
Bakıda məcburi eniş edən təyyarə uçuşa hazırdır – YENİLƏNİB

Bakıda məcburi eniş edən British Airways şirkətinin "Boeing 777" təyyarəsi uçuşa hazırdır.

Təyyarə özü uçuşa hazırdır. Lakin ekipajın iş vaxtı bitib və o istirahət etməlidir. Sərnişinlər aeroportun tranzit zonasında yerləşdirilib. Onlara istənilən kömək edilir, qida və içkilərlə təmin olunurlar. Təyarənin gələcək taleyi British Airways şirkətindən asılıdır", - deyə aeroportdan bildiriblər.

“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib. Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.

Müvəffəqiyyətlə yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilib.

Təyyarənin 135 sərnişini və 17 heyət üzvü var.

İlk öncə təyyarənin kapitanı sərnişinlərin təyyarədə qalması barədə qərar qəbul etmişdi. lakin sonra sərnişinlərin təyyarəni tərk etməsi barədə qərar qəbul edib.

11.12.2017

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

1news.az xəbər verir ki, bu barədə APA-ya hava limanının mətbuat xidmətindən məlumat verilib.

Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.

Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər