Neft Daşlarında neftçi neftçini öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Neft Daşlarında neftçi neftçini öldürüb

13:46 - 12 / 12 / 2017
Neft Daşlarında neftçi neftçini öldürüb

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

1news.az

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər