Elmira Axundovanın oğluna böhtan ataraq şantaj edən jurnalistlə bağlı məhkəmə prosesi başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmira Axundovanın oğluna böhtan ataraq şantaj edən jurnalistlə bağlı məhkəmə prosesi başlayıb – FOTO

16:17 - 12 / 12 / 2017
Elmira Axundovanın oğluna böhtan ataraq şantaj edən jurnalistlə bağlı məhkəmə prosesi başlayıb – FOTO

Bakı Ağır Cinayətlər Məkhəməsində BakiPost qəzetinin baş redaktoru – Elçin Zakiroğluna qarşı qaldırılmış cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, məhkəmə hakim İradə Həsənzadənin rəhbərliyi altında keçirilir. Əvvəlcə hakim prosedur iştirakçılarının sorğu məlumatlarının yoxlanılması üçün hazırlıq iclası keçirib.

Növbəti məhkəmə iclası bazar ertəsi, dekabrın 25-nə təyin edilib.

Xatırladaq ki, BakiPost qəzetinin baş redaktoru  Elçin Zakiroğlu daha əvvəllər АzNews.az saytının rəhbəri idi. O, Milli Məclisin sabiq deputatı Sabir Rüstəmxanlının qardaşı oğludur.

Bu ilin yayında E.Zakiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu – Həbib Ramiz oğlu Axundov haqqında böhtan xarakterli məqalə yazıb. Məqalədə o, Miss Lafarella müsabiqəsinin iştirakçısı olmuş mərhum Günel Mirzəyeva ölümündə H.Axundovun iştirakı ilə bağlı çirkin iftiralardan istifadə edib.

Məqalənin dərc olunması ilə bağlı H.Axundovu şantaj edən jurnalist ondan yüksək məbləğdə pul tələb edib. Lakin Həbib reket jurnalisti cəzalandırmaq qərarına gəlir və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edir. Və mərhumun ləyaqətini alçaldacaq məqalənin dərc olunmayacağı qarşılığında əvvəlcədən hazırlanmış və qeydə alınmış pullar həmin jurnalistə verilir. Həmin an E.Zakiroğlu polis əməkdaşları tərəfindən saxlanılır.

Onun barəsində istintaq tədbirləri 3 ay müddətində aparılıb. Bu müddət ərzində jurnalist ev dustağı olub. E.Zakiroğluya qarşı Cinayət Məcəlləsinin 182.2.4 (“Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla”) maddəsi üzrə cinayət işi açılıb. Bu da əmlakının müsadirə olunması şərtilə və onsuz, beş ildən 10 ilədək azadlıqdan məhrumedilmə cəzasıdır.

Xatırladaq ki, 1news.az daha əvvəl “Elmira Axundovanın oğlu Miss Lafarella müsabiqəsinin iştirakçısının ölümü ilə bağlı KİV-in böhtanını cavablandırıb – FOTO” adlı məqalədə hadisə ilə bağlı Həbib Axundovun nəzər nöqtəsini əks etdirən materialı dərc etmişdi. Məqalədə o, Azərbaycan mətuatına üz tutaraq ona qarşı aparılan çirkin kampaniyaya , eləcə də mərhum Günel Mirzəyevanın adının hallanmasına son qoyulması ilə bağlı müraciəti qeyd olunmuşdu.

Tərcümə: S.Xankişiyeva

Həbib Axundov

Elçin Zakiroğlu

 

Paylaş:
1043

Son xəbərlər

Bütün xəbərlər