Afrikanın ən yaxşı futbolçusu seçildi | 1news.az | Xəbərlər
Futbol

Afrikanın ən yaxşı futbolçusu seçildi

09:31 - 12 / 12 / 2017
Afrikanın ən yaxşı futbolçusu seçildi

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Misir yığmasının və “Liverpul”un hücumçusu Məhəmməd Salah hər kəsi qabaqlayıb.

O, BBC-nin saytında keçirilən azarkeşlərin səsverməsində  Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) geridə qoyub.

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 24 oyunda 19 qol vurub, 6 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər