Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

10:13 - 12 / 12 / 2017
Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Liderimiz, müasir Azərbaycanımızın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, mərasimdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tədbir iştirakçılarını salamlayaraq onlara ümummilli liderin müdrik siyasəti, Vətən və dövlət qarşısındakı xidmətlərindən söz açıb və öz xatirəsində qalan dahi şəxsiyyətin xeyirxah əməllərindən danışıb.

Ali Məktəbin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev isə ulu öndərin tarix boyu qoyduğu izdən, onun illər üzrə siyasi fəaliyyəti və quruculuq işlərindən danışıb.

Tədbirdə BANM-in tələbələri də Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiya ilə çıxış ediblər. Ali Məktəbin 5-ci kurs tələbələri Heydər Nəcəfov, Aqil Əsgərov və Fərid Mustafayev böyük araşdırma edərək dahi rəhbərin Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdiyi xidmətini, ölkənin bütün sektorlarında o cümlədən neft sahəsində müdrik siyasətini və bu siyasətinin nəticələrini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Anım mərasimində, Ümummilli Liderin müstəqillik, yaradıcılıq, quruculuq ideyaları, həmçinin bu ideyaların cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu davamı tədbir iştirakçıları üçün nümunə gətirilib və hər kəs xalqımızın davamlı inkişaf strategiyasına bu istiqamətdən yanaşaraq töhfə verməyə çağırılıb.

S.Xankişiyeva

 

Paylaş:
448

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər