Bakı-Sumqayıt elektrik qatarlarına pik saatlarında əlavə heyət qoşulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarlarına pik saatlarında əlavə heyət qoşulur

11:30 - 12 / 12 / 2017
Bakı-Sumqayıt elektrik qatarlarına pik saatlarında əlavə heyət qoşulur

Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabrın 11-dən 15-dək Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

1news.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iki qatarın bir heyətdə hərəkət etməsi 5 gün davam edəcək, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə araşdırma aparılacaq.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər