ANAMA: Gəncədə binanın zirzəmisində partlamamış hərbi sursat tapılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Gəncədə binanın zirzəmisində partlamamış hərbi sursat tapılıb - FOTO

17:00 - 13 / 12 / 2017
ANAMA: Gəncədə binanın zirzəmisində partlamamış hərbi sursat tapılıb - FOTO

Gəncədə binanın zirzəmisində partlamamış hərbi sursat tapılıb.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, DOS 102 ünvanında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 138 saylı binanın zirzəmisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamamış hərbi sursat (PQ-18) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatın ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

S.Xankişiyeva

 

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər