Bakı Ali Neft Məktəbinin rektoru  Heriot Vatt Universitetində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbinin rektoru  Heriot Vatt Universitetində - FOTO

10:25 - 13 / 12 / 2017
Bakı Ali Neft Məktəbinin rektoru  Heriot Vatt Universitetində - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Edinburq şəhərində yerləşən Heriot Vatt Universitetində (HVU) səfərdə olub. Səfərin əsas məqsədi iki ali məktəb arasında münasibətlərin gücləndirilməsi, proqram təminatı və cari məsələlərin həlli, eyni zamanda gələcək əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsi olub.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ilkin görüş rektor Elmar Qasımov və HVU-nun Mühəndis və Fiziki Elmlər Məktəbinin rəhbəri Stefan MakLaflinlə görüşüb. Görüşün əsas məqsədi BANM-də Akademik proqram idarəetməsini təkmilləşdirmək olub.

Görüşdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin rəhbəri Kəklik Gözəlova və Proqram Menecer Nərgiz Tarverdiyeva və HVU-nun kollektivi – dr. Con Ford, dr.Cilan Tomson, dr. Qreym Vayt, dr.Stefan Hyuston, dr. Asgar Şams, xanim Patrisia Dunkan və xanım Nikola Qordon iştirak ediblər. Uzun müzakirələrdən sonra tərəflər Ali Məktəbdə təhsil alan tələbələrin proqram təminatının daha da yaxşılaşdırılması, eyni zamanda növbəti Məzun gününün təşkilatı məsələləri barədə razılığa gəliblər.

Ali Məktəbin rektoru səfər zamanı HVU-nun rektoru prof. Riçard Uilyamsla  da görüşərək strateji əməkdaşlıq haqqında danışıqlar aparıb. Tərəflər təhsilin yeni istiqamətləri, BANM-də birgə doktorantura pilləsinin təşkili, magistr pilləsində tədrisin genişləndirilməsi istiqamətində razılığa gəliblər.

Qeyd edək ki, BANM-lə mütəxəssis hazırlığında əməkdaşlıq edən HVU 2012-ci ildən Ali Məktəbin rəsmi partnyorudur və Ali Məktəbin məzunları həm BANM-in, həm də HVU-nin diplomunu əldə edirlər.

S.Xankişiyeva

Paylaş:
593

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər