Futbol üzrə yığma komandalara yeni baş məşqçilər təyin edilib | 1news.az | Xəbərlər
Futbol

Futbol üzrə yığma komandalara yeni baş məşqçilər təyin edilib

10:38 - 13 / 12 / 2017
Futbol üzrə yığma komandalara yeni baş məşqçilər təyin edilib

Müxtəlif yaş qruplarından ibarət yığma komandalara yeni baş məşqçilər təyin olunub.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

1news.az

Paylaş:
738

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər