DTX: 16 terrorçu silahlı müqavimət göstərərkən məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX: 16 terrorçu silahlı müqavimət göstərərkən məhv edilib

18:15 - 14 / 12 / 2017
DTX: 16 terrorçu silahlı müqavimət göstərərkən məhv edilib

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son illərdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu təşkilatların və qanunsuz silahlı birləşmələrin üzvləri olan 86 nəfər həbs edilərək məhkum olunub”.

APA-nın Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə istiqamətində tədbirlərinin nəticələri barədə sorğusuna cavab olaraq, DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib ki, 16 terrorçu silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında məhkəmə tərəfindən 258 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə qərar verilib.

1news.az

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər