Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb

21:47 - 14 / 12 / 2017
Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb

Bu ilin keçən dövrü ərzində dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb.

1news.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, bundan başqa sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanıl­ıb.

Eyni zamanda 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

1news.az

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər