Daxili orqanında üç bağlama tiryək aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili orqanında üç bağlama tiryək aşkar edildi

11:09 - 14 / 12 / 2017
Daxili orqanında üç bağlama tiryək aşkar edildi

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İdarənin Sərnişin şöbəsində vətəndaşın üzərində şəxsi yoxlama zamanı daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində vətəndaşın düzbağırsağında üç ədəd bağlamada, xalis çəkisi 102,791 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1000

Son xəbərlər

Bütün xəbərlər